05 yanvar 2025 02:26
148

Marmarisdə güclü yağış torpaq sürüşməsinə səbəb olub

Muğlanın Marmaris rayonunda güclü yağışdan sonra torpaq sürüşməsi baş verib.

“İki sahil” xəbər verir ki, sürüşmə səbəbindən yol bağlansa da aparılan işlər nəticəsində qısa müddət sonra yol hərəkətə açılıb.

Kütləvi qaya və torpaq kütləsinin yola düşməsi onlarla avtomobilin yolda qalmasına və nəqliyyatın hərəkətini tamamilə dayandırmasına səbəb olub.

Məhərrəm Ağalaroğlu, “İki sahil”