M23 (23 Mart Hərəkatı) üsyançı qrupu Konqo Demokratik Respublikasının (KDR) şərqində Şimali Kivu əyalətinin eyniadlı rayonunun inzibati mərkəzi olan Masisi şəhərini ələ keçirib.
“İki sahil” xəbər verir ki, bu barədə Konqo xəbər portalı “Actualite” məlumat yayıb.
Bildirilib ki, hökumət qüvvələri və onları dəstəkləyən yerli hökumətyönlü könüllü dəstələri şiddətli döyüşdən sonra şəhəri tərk ediblər.
Portalın məlumatına görə, üsyançılar eyni zamanda Masisi rayonunda Luşebere şəhərini də ələ keçiriblər. Hər iki şəhərin sakinləri üsyançıların zorakılığından qorxaraq evlərini tərk edirlər.
Öz növbəsində Okapi radiostansiyası qeyd edib ki, Masisinin ələ keçirilməsi ilə M23-ün Şimali Kivunun paytaxtı Qoma şəhərinə hücum etmək imkanı yaranır. Bu şəhərlər arasındakı məsafə 80 kilometrdir. Qomada təxminən 2 milyon insan yaşayır.