Amerika nümayəndə heyəti Ukraynaya Dəstək üzrə Təmas Qrupunun Almaniyada keçiriləcək iclasından əvvəl Kiyevə gəlib.
"İki sahil” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, nümayəndə heyətinə ABŞ Milli Təhlükəsizlik Şurasının Ukrayna məsələləri üzrə direktoru Uinfild Svonton başçılıq edir.
Müdafiə Nazirliyinin məlumatına görə, görüşün əsas mövzularından biri ABŞ-nin 2024-cü il ərzində Ukraynaya göstərdiyi yardımın nəticələrinin müzakirə edilməsi və 2025-ci ildə Müdafiə nazirliklərinin komandalarının qarşılıqlı fəaliyyətinin planlaşdırılması ilə bağlı olub.
"Bundan başqa, ABŞ-nin gələcəkdə konkret silah və sursat növləri üzrə yardım göstərməsi məsələsinə xüsusi diqqət ayrılıb. Həmçinin Ukraynanın ehtiyacları və Amerikanın imkanları ilə bağlı mövqelər sinxronlaşdırılıb", - məlumatda bildirilib.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir