Nyu-York JFK-London Hitrou
2024-cü il ərzində 10-cu ən işlək beynəlxalq hava yolu marşrutu Nyu-Yorkun Con F. Kennedi Beynəlxalq Hava Limanına və London Hitrouya xidmət göstərən marşrut olub.
Banqkok-Sinqapur
2024-cü ildə Banqkok rekord sayda 32,4 milyon ziyarətçi qəbul edib. Bu arada, Sinqapura gələn beynəlxalq turistlərin sayı da 15 milyonu ötüb.
2024-cü ildə doqquzuncu ən işlək beynəlxalq hava yolu marşrutu Banqkokun Suvarnabhumi hava limanına və Sinqapurun Çangi hava limanına xidmət edən marşrut olub.
Cakarta-Sinqapur
2024-cü ildə ən işlək səkkizinci beynəlxalq hava yolu marşrutu Cakartanın Soekarno-Hatta beynəlxalq hava limanı ilə Sinqapurun Çangi hava limanına xidmət edən marşrut olub.
Banqkok və Honq-Konq
Honq-Konqa 2024-cü ilin ilk üç rübündə təxminən 32,6 milyon ziyarətçi gəlib. Təkcə oktyabr ayında dörd milyon turist Çinin bu xüsusi inzibati bölgəsini ziyarət edib.
Dubay-Riyad
2024-cü ildə altıncı ən işlək beynəlxalq hava yolu marşrutu Dubay beynəlxalq hava limanına və Ər-Riyaddakı Kral Xalid beynəlxalq hava limanına xidmət göstərən marşrut olub. 2024-cü ilin dekabrında Səudiyyə Baş Əyləncə İdarəsi ziyarətçilərin sayının 13 milyona çatdığını elan etmişdi.
Seul-Osaka
2024-cü ildə beşinci ən işlək beynəlxalq hava yolu marşrutu Cənubi Koreyanın Seuldakı İnçeon beynəlxalq hava limanına və Yaponiyanın Osaka şəhərindəki Kansay beynəlxalq hava limanına xidmət edən marşrut olub. Bu marşrut üzrə ötən il beş milyona yaxın insan xidmətdən yararlanıb.
Orta hesabla hər il Cənubi Koreyaya 11 milyondan bir qədər çox beynəlxalq turist gəlir.
Kuala Lumpur-Sinqapur
Malayziyanın paytaxtı Kuala Lumpur 2024-cü ildə 17,5 milyon turist qarşılayıb. Bu, 2023-cü illə müqayisədə 73 % yuxarı olub.
Seul-Tokio, Narita
Ötən il 5,5 milyona yaxın sərnişin ICN və NRT arasında uçub.
2023-cü ildə 19,8 milyon beynəlxalq turist Tokioya səfər edib. 2024-cü ildə isə rəqəmlər rekord həddə çatıb.
Qahirə və Ciddə
2024-cü ilin noyabrına qədər Misirə rekord sayda- 17 milyon turist gəlib. Səudiyyə Ərəbistanı isə 2024-cü ildə istirahət turizmində təsirli artımla qarşılaşıb. 2024-cü ildə CAI-JED marşrutu üzrə aviaşirkətin tutumu 2023-cü il səviyyəsindən 14% və 2019-cu illə müqayisədə 62% yüksək olub.
Honq-Konq-Taypey
2023-cü ildə HKG-TPE üçüncü ən işlək marşrut olaraq seçilmişdi. 2024-cü ildə isə bu marşrut üzrə tutum 2023-cü illə müqayisədə 48% artaraq birinci yerdə qərarlaşdı. “Focus Taiwan”a görə, 2024-cü ildə Tayvana gələn xarici ziyarətçilərin sayı təkcə dekabr ayında yeddi milyon nəfərə çatıb.
Nubar Süleymanova, “İki sahil”