Norveçin “Equinor”, “Lundin” və “Spirit Energy” şirkətləri Şimal dənizində 167 saylı lisenziyada neft ehtiyatı əldə ediblər.
“offshoreenergytoday.com” saytı xəbər verir ki, yeni kəşf 15-35 milyon barel bərpa olunan neft ekvivalenti həcmində qiymətləndirilir.
Şimal dənizinin mərkəzində qazılan “16/1-29 S” quyusunun əsas məqsədi yatağın əsas seqmentində sənaye əhəmiyyətli neftin olub-olmamasını təsdiqləmək, rezervuarın yaşını, geo ölçülərini, axın xüsusiyyətlərini müəyyən etməkdir.
“Bu çox ümidverici bir kəşfdir. Biz bu kəşfin sənaye əhəmiyyətli olacağına inanırıq”,-deyə “Equinor” şirkətinin vitse-prezidenti Nikolas Aşton bildirib.