10 yanvar 2025 12:25
92

Bakıda 2030-cu ilədək iki metro stansiyasının tikintisi yekunlaşacaq

Bakı metrosunun 2030-cu ilə qədər inkişafına dair yenilənmiş proqramına əsasən 2 stansiyanın tikintisinin tamamlanması planlaşdırılır.

“İki sahil” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar" barədə keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu sərnişin axınını 88 milyon nəfərədək artıracaq: “Daha 2 stansiyanın tikintisinin tamamlanması, 1 stansiyanın təmirinin başa çatdırılması və 8 yeni stansiyanın inşası daxildir”.