10 yanvar 2025 17:11
108

ATİAHİ nümayəndə heyəti ilə ATİB rəhbərliyi arasında görüş keçirilib

ATİAHİ nümayəndə heyəti ilə ATİB rəhbərliyi arasında görüş keçirilib.

“İki sahil” xəbər verir ki, Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) ofisində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə ATİAHİ Respublika Komitəsinin fəaliyyət istiqamətləri, həyata keçirilmiş işlər və qarşıya qoyulmuş hədəflər barədə ətraflı məlumat təqdim olunub. ATİAHİ sədri Araz Paşayev bildirib ki, Komitə yalnız dövlət təhsil müəssisələrinin əməkdaşları ilə deyil, həmçinin özəl sektorda fəaliyyət göstərən təhsil işçilərini də öz sıralarında görməyi arzulayır. O, görüşün Azərbaycan-Türkiyə İş Adamları Birliyinin üzvləri ilə əməkdaşlıq üçün faydalı olacağına əminliyini ifadə edib.

ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov isə bildirib ki, Birlik yaradıldığı gündən etibarən sosial məsuliyyətini ciddi şəkildə üzərinə götürərək ölkəmizin elm, təhsil və digər sosial sahələrinin inkişafına töhfə verməyə çalışır. O, həmçinin, ATİB-in müvafiq sahədə əməkdaşlığa hər zaman açıq olduğunu vurğulayıb.

Tərəflər qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi sonunda Əməkdaşlıq Memorandumunun imzalanması barədə qərar qəbul ediblər.