Sumqayıtda səhər saatlarında avtomobildə müəmmalı şəratdə yanaraq ölən şəxsin kimliyi məlum olub.
”Kia” markalı avtomobildə ölən şəxs 1986-cı il təvəllüdlü Fikrət Fikrət oğlu Həsənlidir.
Qeyd edək ki, səhər saatlarında şəhərin Kimyaçılar qəsəbəsində “Kia” markalı, 50 CT-685 dövlət qeydiyyat nişanlı avtomobil və onun içərisində olan 1 nəfər yanaraq külə dönüb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
“Report”
***
Sumqayıt şəhərində kişi avtomobildə yanaraq ölüb.
“İki sahil” xəbər verir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsində qeydə alınıb.
Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Meyitin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.