Çinin gömrük idarəsinin hesabatına görə, 2024-cü il üçün Çinin ticarət profisiti 992 milyard dollar olub.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu, Çin iqtisadiyyatı üçün rekord göstəricidir.
Xarici ticarətdə belə mühüm müsbət saldoya nail olunması ixracın sürətli artımı ilə izah olunur - 2023-cü illə müqayisədə 5,9% artaraq 3,6 trilyon dollar olub.
Bu, ilk növbədə, yeni seçilmiş prezident Donald Tramp yeni idxal rüsumlarının tətbiqi ilə bağlı verdiyi vədləri yerinə yetirməzdən əvvəl Çin hakimiyyəti və bizneslərinin ABŞ-a mümkün qədər çox mal satmaq istəyi ilə bağlıdır. Beləliklə, dekabrda Çin mallarının ABŞ-a ixracının artımı 16%-ə çatıb. 2024-cü ilin sonuna qədər Çin ABŞ-a 525 milyard dollar dəyərində mal ixrac edib ki, bu da əvvəlki illə müqayisədə 4,9% çoxdur.