13 yanvar 2025 15:35
128

Dövlət-özəl sektor tərəfdaşlığının inkişafı effektiv nəticə verir - Mikayıl Cabbarov

Azərbaycanda dövlət-özəl tərəfdaşlığının inkişafı sahibkarlıq fəaliyyətinin stimullaşdırılması istiqamətində effektiv nəticə verir.

“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat nazir Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

O qeyd edib ki, Dünya İqtisadi Forumunun hökumət texnologiyalarının qlobal ictimai təsiri ilə bağlı hesabatında Azərbaycanda dövlət-özəl tərəfdaşlığı layihələri, iqtisadiyyatın rəqəmsallaşması üzrə əldə edilmiş uğurlar xüsusi vurğulanıb: “İqtisadi səmərəlilik və sosial fayda, strateji biznes imkanları, dövlət xidmətlərinin həyata keçirilməsində özəl sektorun iştirakı qeyd edilib. Dövlətlə sahibkar arasında etimad mühitinin möhkəmləndirilməsi özəl sektorun təşəbbüslərini və investisiya qoyuluşlarını artırır”.