Çin ABŞ-ın yeni sanksiyalarına məruz qalan Rusiya neftini daşıyan üç tankeri qəbul etmir.
“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Agentlik bildirir ki, tankerlər iki milyon bareldən çox neft daşıyır. Hər üç gəmi - "Huihai Pacific", "Mermar" və "Olia" - Uzaq Şərqdəki Kozmino limanından yola düşüb.
Bundan əvvəl ABŞ Rusiya neft sənayesinə qarşı genişmiqyaslı sanksiyalar paketi təqdim edib.
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, ABŞ prezidenti Co Baydenin administrasiyası öz sanksiyaları ilə ölkənin seçilmiş lideri Donald Trampa “yanmış torpaqlar” miras qoyur.