Finlandiya ATƏT-in sədri kimi Cənubi Qafqazda dayanıqlı və uzunmüddətli sülhün təmin edilməsi üçün rəsmi Bakı və İrəvan arasında dialoqun daha da təşviq edilməsini hədəfə alıb.
“İki sahil” xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Finlandiya Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Cənubi Qafqazda dayanıqlı sülhün dəstəklənməsi ATƏT-in sədri kimi Finlandiyanın prioritetlərindən biridir.
"Biz Ermənistan və Azərbaycanı sülhə nail olmaqla bağlı bütün səylərini göstərməyə çağırırıq. Finlandiya uzunmüddətli həll yolu tapmaq üçün ən yüksək siyasi səviyyədə əməkdaşlıq da daxil olmaqla tərəflərlə dialoqu davam etdirməyə sadiqdir. ATƏT-in fəaliyyətdə olan sədri kimi Finlandiya təşkilatın Cənubi Qafqaz regionunda gələcək rolunu müzakirə etməyə hazırdır", - XİN-dən bildirilib.
Xatırladaq ki, Finlandiya 2025-ci ildə ATƏT-ə sədrlik edəcək. ATƏT-in hazırkı sədri Finlandiyanın xarici işlər naziri Elina Valtonendir.
Azərbaycanın İrandakı səfirliyi ölkəyə qayıtmaq istəyənlərə bildiriş ünvanlayıb
Prezident işğal dövründə Ermənistanın 60 min hektar meşə fondunu məhv etməsini qabardıb
Ceyhun Bayramov Cibuti XİN başçısı ilə ikitərəfli münasibətləri müzakirə edib