18 yanvar 2025 13:49
242

Azərbaycan-Türkiyə-Özbəkistan formatı reallaşdırılır

10 gün sonra Ankarada Azərbaycan-Türkiyə-Özbəkistan formatını reallaşdırmaq məqsədilə XİN başçılarının görüşü olacaq.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 18-də türkiyəli həmkarı Hakan Fidan ilə Bakıda keçirilən birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətləri liderlərimizin vizyonu ilə tarixi Şuşa bəyannaməsinin imzalanması ilə müttəfiqlik səviyyəsinə yüksəlib:

“Bu münasibətləri daha da inkişaf etdirmək üçün geniş imkanlar mövcuddur. Biz sıx təmasdayıq. Nə qədər sıx görüşməyimizdən asılı olmayaraq yeni mövzular daim yaranır”.