Vitamin çatışmazlığının səbəbi nədir? Bəribaşdan qeyd edək ki, bədənin və ruhun sağlamlığının qorunması üçün vitaminlərin düzgün şəkildə və müvafiq dozalarda qəbul olunması mühüm əhəmiyyət daşıyır. Bədəndəki bütün orqan və sistemlərə təsir edən vitaminlərin qeyri-kafi qəbulu fərqli əlamətlərlə özünü göstərə bilir. Adətən təbii yollarla şirnikdirici vitaminlərin möhkəmlənməsi üçün isə mütləq məsələ ilə mütəxəssis həkimə müraciət edilməlidir.
Vitamin çatışmazlığının əlamətləri haqqında məlumatları aşağıdakılardan da görmək olur.
1. Görmə problemləri
Görmə problemlərinin baş verməsi orqanizmdə A vitamininin çatışmazlığına işarə edir. A vitamini normal və gecə görmədə dəstək verən bir vitamin növüdür. A vitamini çatışmazlığı gözdə kseroftalmi, yəni gözün ayı və kormeanın parlaqlığını itirərək quruması və gecə korluğu kimi problemlər ortaya çıxarır.
2. Uzunmüddətli yorğunluq
Orqanizmdə uzunmüddətli yorğunluq zehin bulanıqlığı, fiziki koordinasiya pozğunluğunu və B1 vitamininin çatışmazlığını ifadə edir. B1 vitamini xüsusilə beynin enerji istehsalı üçün lazımlı bir vitamindir.
3. Dil və dəridə çatlar
Bəzi dəri xəstəlikləri və sinir sistemi pozğunluqları B6 vitamini çatışmazlığından qaynaqlanır. Xüsusilə dodaq və dil çatlaması. Egzema kimi əlamətlər bədəndə B6 vitamini çatışmazlığı zamanı baş verir. Bu vitaminin çatışmazlığı nəticəsində hüceyrə yenilənməsi yavaşıyır və dəri problemləri ortaya çıxır.
4. Anemiya
Anemiya bəzən vitamin çatışmazlığının bir işarəsi ola bilər. Fol turşusu B vitamini ailəsinin bir üzvüdür. Folat və həmçinin B9 vitamini kimi tanınır. B9 vitamininin çatışmazlığı orqanizmdə anemiya yaranmasına yol açan bir səbəbdir. B9 DNT sintezi və hüceyrə parçalanması proseslərində mühüm əhəmiyyətə malik olan vitamin növüdür.
5. Zehni yorğunluq
Uzunmüddətli olaraq baş verən zehni yorğunluq B12 vitamininin çatışmazlığını ifadə edir. B12 vitamini çatışmazlığı zehni performansa təsir edən bir haldır. Zehni yorğunluq getdikcə intellektual bacarıqların da ləngiməsinə yol açır. Əgər insanın uzunmüddətli olaraq unutqanlıq, yaddaş itkisi, konsentrasiya qeyri-obyektivlik kimi problemləri varsa, problemin mütləq B12 vitamini baxımından araşdırılması lazımdır.
6. Cilddə asanlıqla yaranan çürük və morarmalar
Orqanizmdə asanlıqla qançırların əmələ gəlməsi və ya dəridə qırmızı-göy rəngdə morarmalar və nöqtələrin olması C vitamini çatışmazlığının əlamətləri sayılır.
7. Sümük ağrıları
Orqanizmdə D vitamini çatışmazlığı özünü sümük ağrısı, sümük əriməsi kimi göstərir. Çatışmazlıq nəticəsində yaranan sümük ağrıları, bütün bədən daxilində hiss olunur. Bu ağrılar bəzən halsızlıqla da müşayiət edilir.
8. Əzələ itkisi
Əzələlərdə yaranan zəiflik və gücsüzlük E vitamini çatışmazlığından qaynaqlanır. E vitamini çatışmazlığı əzələlərdə tədricən zəifləməyə yol açır. Əzələ itkisi əzələ zəifliyi və bununla bağlı tarazlıq problemləri ilə qarşı-qarşıya qalır.
9. Hədsiz qanamalar
Bədəndə meydana gələn hədsiz qanamalar K vitamini çatışmazlığından qaynaqlanır. Səbəbsiz yerə diş ətlərində, burunda, sidikdə və ya nəcisdə qan görülməsi K vitamini çatışmazlığına da işarədir.
10. Cansız dırnaq və saçlar
Saç və dırnaq ətraflarında baş verən problemlər, H vitamini digər adı biotin ya da B7 vitamini çatışmazlığını işarə edə bilər. Saçlarda kəpəklənmə, tökülmə, süstlük, qırılmalar və dırnaqlarda tez sınma, yumşalma, ağ ləkələr və yavaş-yavaş uzanma kimi əlamətlərə diqqət yetirmək lazımdır.
Mənsumə Babayeva, “İki sahil”