24 yanvar 2025 13:50
114

Bakı-Sumqayıt qatarı 29 yanvarda iş günü qrafiki üzrə hərəkətdə olacaq

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Bakı-Sumqayıt-Bakı sürət elektrik qatarları Azərbaycanda bələdiyyə seçkilərinin keçiriləcəyi 29 yanvarda iş günü qrafiki üzrə hərəkətdə olacaq.

“İki sahil” bu barədə səhmdar cəmiyyətə istinadla xəbər verir.

Məlumata görə, vətəndaşların həmin gün rahat hərəkət etməsi üçün Abşeron dairəvi marşrutu üzrə qatarların hərəkəti iş günlərinin cədvəlinə uyğun tənzimlənəcək.

29 yanvar seçkilərilə əlaqədar qeyri-iş günü günü elan olunub.