31 yanvar 2025 08:29
90

Azərbaycanda zəlzələ baş verib

İsmayıllı rayonunda 3 maqnitudalı zəlzələ qeydə alınıb

“İki sahil” xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu bildirib.

Mərkəzin məlumatına əsasən, yerli vaxtla saat 05:18-də İsmayıllı seysmik stansiyasından 22 km şimalda, İsmayıllı rayonunda 3 maqnitudalı zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 9 km dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.

Xatırladaq ki, yanvarın 26-da Xəzər dənizində 3,5 maqnitudalı zəlzələ baş vermişdi.