Ağcabədi rayonunun Hindarx qəsəbəsində əl qumbarası partlayıb.
“İki sahil” xəbər verir ki, baş vermiş hadisə nəticəsində 5 nəfərin öldüyü, yaralanların olduğu bildirilir.
İlkin məlumata görə, onlar eyni ailənin üzvləridir.
Faktla bağlı araşdırma başlanıb.
***
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən parlayışın baş verməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.
Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
***
Hadisə qəsəbə sakini Knyaz Məmmədova məxsus evdə baş verib.
Partlayış nəticəsində ev sahibi ilə yanaşı oğlu, 2 nəvəsi və gəlini həyatını itirib. Onların 3-ü hadisə yerində, ikisi isə xəstəxanada vəfat edib.
Qumbaranın K.Məmmədovun nəvəsi tərəfindən zibillikdən tapılaraq evə gətirildiyi bildirilir.