31 yanvar 2025 15:38
335

Sabirabadda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib

Sabirabad Rayon Polis Şöbəsinin Qaragüney Polis Bölməsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "İki sahil"ə verilən məlumata görə, keçirilən son tədbirlər nəticəsində vətəndaşlardan 1-i yivli olmaqla 21 ədəd ov tüfəngi təhvil götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.