05 fevral 2025 17:29
94

Azərbaycanda biznes fəaliyyətinin stimullaşdırılması müzakirə edilib

Azərbaycanda biznes fəaliyyətinin stimullaşdırılması, dövlət müəssisələrinin səmərəli idarə olunması, dövlət-özəl tərəfdaşlığı barədə müzakirələr aparılıb.

“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

O, qeyd edib ki, müzakirələr bu gün Bakıda keçirilmiş “LEGIS” Hüquq forumunda baş tutub.

"Forum qanunvericiliyin təkmilləşdirilməsi sahəsində təkliflərin dəyərləndirilməsi və məlumat mübadiləsi üçün əhəmiyyətli platforma olub. Təşkilatçılıq və dəvət üçün “PAŞA Holdinq”ə təşəkkür edirik”,- deyə nazir vurğulayıb.