SOCAR-ın 2025-ci il üzrə büdcəsi təsdiq olunub
SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib.

“İki sahil” xəbər verir ki, Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda SOCAR-ın prezidenti Rövşən Nəcəf və vitse-prezidenti Zaur Qurbanovun təqdimatı ilə şirkətin 2025-ci il üzrə büdcə layihəsi müzakirə edilib. Müzakirələrdən sonra SOCAR-ın 2025-ci il üzrə büdcəsi təsdiq olunub.

İclasda, həmçinin gündəlikdə olan digər məsələlər müzakirə edilib.
“SOCAR Türkiyə” insan resurslarına yatırımı Türkiyənin enerji gələcəyinə qoyulan sərmayə kimi qiymətləndirilir
SOCAR Bolqarıstanda qazpaylayıcı şəbəkə layihəsi üçün ilkin mühəndis layihələndirmə işlərini başa çatdırıb