Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Aşqabad şəhərində keçirilən "Türkmənistan – Çin Xalq Respublikası: qaz sahəsində strateji tərəfdaşlığın 20 ili" mövzusunda elmi-praktiki konfransda iştirak edib.
“İki sahil” xəbər verir ki, o bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
"Konfrans çərçivəsində qaz sektorunun inkişaf perspektivləri, enerji təhlükəsizliyi və dayanıqlı enerji istiqamətində əməkdaşlıq imkanları üzrə maraqlı fikir mübadiləsi aparılıb", - R. Nəcəf bildirib.
Türkmənistanın Dövlət naziri və "Türkmənqaz" Dövlət Konserninin sədri Maksat Babayevin dəvəti ilə 16 aprel 2026-cı il tarixində Aşqabad şəhərində keçirilən “Türkmənistan – Çin Xalq Respublikası: qaz sahəsində strateji tərəfdaşlığın 20 ili” mövzusunda elmi-praktiki konfransda… pic.twitter.com/fF2R4LP8sh
— Rovshan Najaf (@RovshanNajaf) April 16, 2026
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub