SOCAR neft və qaz sənayesində proseslərin optimallaşdırılması və istehsal səmərəliliyinin artırılması məqsədilə innovativ rəqəmsal həll olan "Leucipa" monitorinq proqramının tətbiqinə başlayır. Xəzər regionunda ilk dəfə həyata keçiriləcək bu layihə SOCAR-ın apstrim rəqəmsal transformasiya strategiyasının mühüm tərkib hissəsidir.
"Baker Hughes" şirkəti ilə strateji əməkdaşlıq çərçivəsində icra edilən bu təşəbbüs, ilkin mərhələdə təxminən 100 quyuda tətbiq olunacaq və həm "Baker Hughes", həm də digər istehsalçılara məxsus nasosların monitorinqinə imkan yaradacaq. "Leucipa" proqramı vasitəsilə müxtəlif nasos sistemlərinin tam inteqrasiyası təmin ediləcək, bu da əməliyyat göstəricilərinin real vaxt rejimində izlənilməsinə və optimallaşdırılmasına şərait yaradacaq.
Bu innovativ həll SOCAR-ın əməliyyat mükəmməlliyini artırmaq, istehsal proseslərini daha səmərəli idarə etmək və aktivlərin maksimum səviyyədə işləməsini təmin etmək strategiyasına tam uyğundur. "Leucipa" proqramının əsas üstünlükləri arasında proqnozlaşdırıcı analitika, avadanlıqların istismar müddətinin uzadılması, istehsal dəyişkənliyinin optimallaşdırılması və resursların idarə edilməsində dəqiqliyin artırılması yer alır.
Bu addım SOCAR-ın Xəzər regionunda neft və qaz sektorunda rəqəmsal innovasiyalar üzrə lider mövqeyini möhkəmləndirəcək və sənayedə yeni standartların formalaşmasına töhfə verəcək. "Leucipa" proqramının “Azneft” Istehsalat Birliyində uğurlu tətbiqi regionun neft-qaz sənayesinin inkişafına, texnoloji sərmayələrin cəlb olunmasına və ümumilikdə sahənin gələcək tərəqqisinə mühüm təkan verəcək.
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR