21 sentyabr 2017 20:12
496

“Standard & Poor's” Çinin kredit reytinqini aşağı salıb

“Standard & Poor's” Beynəlxalq Reytinq Agentliyi Çinin kredit reytinqini aşağı salıb.

AZƏRTAC agentliyə istinadla xəbər verir ki, “Standard & Poor's” Çinin uzunmüddətli kredit reytinqini “AA-” səviyyəsindən “A ” səviyyəsinə, yaxınmüddətli kredit reytinqini isə “A-1 ” səviyyəsindən “A-1” səviyyəsinə endirib, proqnozu “sabit” olaraq təyin edilib.

Açıqlamada Çinin kredit reytinqinin aşağı salınmasına səbəb kimi iqtisadi və maliyyə risklərinin artması göstərilib.