Ölkəmizin yüksəlişinə nail olmaqla yanaşı, Prezident İlham Əliyev dünya birliyində onun mövqelərini davamlı şəkildə gücləndirib. Dövlət başçısının düşünülmüş, məqsədyönlü fəaliyyəti ölkəmizdə milli birliyin, sabitliyin daha da möhkəmlənməsinə, Azərbaycanın regional və beynəlxalq miqyasda nüfuzunun daha da artmasına gətirib çıxarıb. Bu siyasət Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini, Qoşulmama Hərəkatına rəhbərlik etməsini, kosmik klubun üzvünə və beynəlxalq tədbirlərin məkanına çevrilməsini təmin edib.
Son dövrün hadisələri göstərdi ki, cənab Prezidentin ”Hec vaxt xalqına yalan danışmamalısan və xalq bunu yüksək qiymətləndirəcək” fikirləri, əslində hər bir siyasətci ücün mayak olmalıdır.
Cənab Prezident Azərbaycana qarşı kecmiş Bayden adminstrasiyasının ədalətsizliklərinə qarşı sinə gərəndə də, ABŞ da Prezident seckilərindən öncə Donald Trampın secilməsinin Azərbaycan-ABŞ əlaqələrinə müsbət təsir edəcəyinə də inandıgını söyləyəndə də xalqına həqiqətləri söyləyirdi.
AZAL- ın təyyarəsinə Rusiya Federasiyası ərazisində namərdcəsinə sui-qəsd edilən zaman da Ölkə Rəhbəri öz xalqına həqiqətləri söylədi və bütün risklərə baxmayaraq,ölkəsinin həyatını itirmiş və yaralanmış vətəndaşlarının hüquqlarının müdafiəsi ücün bütün vasitələrdən istifadə etdi.
Möhtərəm İlham Əliyevin prezidentliyi Azərbaycan tarixində gercək müstəqilliyin yaşandıgı dövrdür.Azərbaycanda qrantla qidalanan saxta müxalifətcilərin özlərini kölə və qrant verənlərin özlərini ağa kimi apardıqları dövr artıq tarixə qovuşmuşdur.
USAİD və “Rus evi” kimi fəaliyyəti qaranlıq olan təşkilatlara artıq Azərbaycanda yer yoxdur.Xüsusən USAİD kimi qurumların ÜST-dən qalxan kimi istifadə edərək səhiyyə qurumlarına daxil olmaga maraqlı olduqları nəzərə alınmalıdır.Bəzi dövlət səhiyyə qurumlarının siyasi cəhətdən yetkin olmayan əməkdaşlarının USAİD layihələrində iştirakı və digər məsələlər cox ciddi şəkildə araşdırılmalıdır. Cənab Prezidentdən sitat----Biz isə deyirik: sağ olun, sizin köməyinizə ehtiyac yoxdur. Onlar təkid edirlər. Bax, onların USAID adlı strukturu var. Yardım etmək istəyir, amma nədənsə bizə lazım olan məsələdə deyil”.
Bu gün Prezident İlham Əliyevin Milli Məclisdə and içməsindən bir il ötür. Bu bir ildə xarici və daxili siyasətdə böyük nailiyyətlər əldə olunub, qarşıya qoyulmuş vəzifələrin icrası baxımından mühüm tədbirlər həyata keçirilib.Bu dövrün siyasi və iqtisadi mənzərəsi təsdiq edir ki, qarşıda Azərbaycanı yeni uğurlar gözləyir.
Müşfiq Məmmədli,
Milli Məclisin deputatı