Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Asiya İnkişaf Bankı (ADB) arasında birgə layihələrin icrasına dair məsələlər müzakirə edilib.
Şirkətdən “İki sahil”ə verilən məlumata görə, SOCAR-ın prezidenti Rövşən Nəcəf ADB-nin Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal ilə görüş keçirib. Görüşdə tərəflər arasında mövcud və potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib, o cümlədən enerji sektorunda davamlı inkişafın təmin edilməsi və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində birgə layihələrin həyata keçirilməsinə dair məsələlər müzakirə olunub.
Söhbət zamanı SOCAR-ın dekarbonizasiya hədəfləri, dayanıqlı inkişaf məqsədlərinə uyğun olaraq həyata keçirilən layihələr barədə məlumat verilib. Tərəflər bərpa olunan enerji layihələrinin inkişafı, karbon emissiyalarının azaldılması istiqamətlərində əlaqələrin genişləndirilməsi, enerji sektorunda davamlı inkişafı təmin olunması məqsədilə təcrübə mübadilələrinin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR