SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) “Hult Prize On Campus” mərhələsi keçirilib.
BANM-dən "İki sahil"ə bildirilib ki, yarışma BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (SDG) uyğun olaraq, müəyyən edilmiş konkret sosial problemə həsr olunub.
Bir sıra qurumlardan olan şəxslər münsif qismində iştirak ediblər.
Tədbirdən əvvəl rektor Elmar Qasımov qonaqlarla görüşüb. Görüşdə innovasiya sahəsində tələbələrin uğurları və aktivliyi və bu istiqamətdə gələcəkdə hədəflər barədə söhbət aparılıb.
Tədbiri açıq elan edən rektor Elmar Qasımov iştirakçılara uğurlar arzulayıb və tələbələrin sahibkarlıq sahəsində beynəlxalq arenada parlaması üçün belə platformaların əhəmiyyətini vurğulayıb.
Yarışmada ali məktəbin 10 aktiv startap komandası iştirak edib. Hər il olduğu kimi, bu il də tələbələr qlobal əhəmiyyətli problemlərin həlli istiqamətində innovativ ideyalarıni təqdim edərək mübarizə aparıblar.
Ötən il Bakı Ali Neft Məktəbinin “Agroficient” komandası Lissabonda keçirilmiş regional mərhələnin qalibi olaraq qlobal akselerasiya proqramında iştirak etmək hüququ qazanmışdı.
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR