Ekoloji, sosial və korporativ idarəetmə (ESG) reytinqi şirkətlərin fəaliyyətində böyük dəyişikliklərə səbəb olur.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) ESG standartlarının tətbiqi şöbəsinin rəhbəri Tuncər Əsgərli Bakıda keçirilən "Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət" İşçi Qrupunun ESG standartları altqrupunun 2025-ci il üzrə ilk iclasında bildirib.
Onun sözlərinə görə, 2010-cu ildən başlayan bu transformasiya son illər inanılmaz dərəcədə aktivləşib, çox sürətlə dəyişir: "Biz də bu dəyişikliklərə uyğunlaşmağa çalışırıq. 2010-2015-ci illərdə başa düşdük ki, əvvəlcə üç ölkədə fəaliyyət göstərən bir şirkət idik, amma 2020-ci ilə gəldikdə artıq çox geniş fəaliyyət istiqaməti olan bir şirkət olduq. Avropadakı əməliyyatlarımız bəzi yerlərdə tənzimləmələrə və icazələrə məruz qaldı. Buna görə transformasiyamızı başladıq ki, ESG mövzusunda dəyişikliyi düzgün şəkildə həyata keçirək. Bununla bağlı çox geniş tədqiqatlar aparıldı".
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR