Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Əfqan İsayev fevralın 25-27-də Londonda keçirilən “Beynəlxalq Enerji Həftəsi 2025” konfransında iştirak edib.
“İki sahil” SOCAR-a istinadən xəbər verir ki, 50-dən çox ölkədən 1 500-dən artıq nümayəndənin qatıldığı tədbirdə qlobal enerji tələbatı, enerji keçidi və karbon emissiyalarının azaldılması mövzuları müzakirə edilib.
Ə. İsayev konfransın “Neft və qazın sürətlə və miqyaslı karbonsuzlaşdırılması” sessiyasında çıxış edərək, SOCAR-ın dekarbonizasiya və enerji keçidi strategiyası haqqında ətraflı məlumat verib. O, şirkətin 2050-ci ilə qədər xalis sıfır emissiyaya nail olmaq hədəfi və bu istiqamətdə həyata keçirilən layihələrdən danışıb.
Vitse-prezident, həmçinin SOCAR-ın “MGP”, “IOGP”, “OGCI”, “OGMP 2.0” kimi nüfuzlu beynəlxalq təşəbbüslər və təşkilatlarla əməkdaşlıq etdiyini, OGDC xartiyasının həmtəsisçilərindən biri olmaqla, onun Rəhbər Komitəsində təmsil olunduğunu diqqətə çatdırıb. Bu əməkdaşlıqların SOCAR-ın ətraf mühitin mühafizəsi və davamlı inkişaf məqsədlərinə verdiyi töhfənin göstəricisi olduğunu qeyd edib.
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR