Vitaminlər yuxusuzluqdan qurtulmaqda necə rol oynayır və onları pəhrizimizə daxil etmək üçün hansı növ qidalara üstünlük verməliyik?
Ümumi bilik
Bilirik ki, pəhriz yuxu da daxil olmaqla, vücudumuzun hər şəkildə necə işləməsi ilə birbaşa bağlıdır. Məsələn, böyüklər üçün kofein və ya yatmağa yaxın uşaq üçün şəkər yuxunu qaçıra bilər.
Yuxuya getməzdən əvvəl stimullaşdırıcı maddələrdən qaçmaqla yanaşı, bəzi qida maddələrinin yuxuya getməkdə böyük rol oynadığı sübut edilmişdir.
Pəhrizinizi dəyişərkən həkimə müraciət edin
Bununla belə, yeni qida əlavələrinə başlayarkən həkimə müraciət etmək həmişə yaxşı bir fikirdir. Həkim fərdi olaraq hansı vitaminə ehtiyacınız olduğunu və onu nə vaxt qəbul etməyiniz barədə məsləhət verə bilər.
D vitamini üçün günəş işığı
D vitamininin əsas mənbəyi günəş işığıdır. Bu şəkildə bədən yuxu ilə əlaqəli olduğunu instinktiv hiss edir. D vitaminin kifayət qədər olmaması, yuxumuza mənfi təsir göstərir.
Vitamin D, əhvalın tənzimlənməsi və yuxu
D vitamini sümük sağlamlığında, əhval-ruhiyyənin tənzimlənməsində və immunitet sistemində rol oynayır. D vitamini səviyyəmizin yuxuda da rol oynadığı təsbit edilib.
D vitamini çatışmazlığı
D vitamini çatışmazlığı daha qısa müddət yatmağımıza səbəb olur. Bu, xüsusilə 50 yaşdan yuxarı insanlar üçün aktualdır.
Çinin Qingdao Universitetinin alimləri tərəfindən aparılan bir araşdırma aşağı səviyyədə D vitamini olan insanlarla yuxu çatışmazlığı və yuxu keyfiyyəti arasında əhəmiyyətli bir əlaqə tapıb.
Vitamin D və sirkadiyalı saatlar
Vitamin D stabil faza ilə dövr edən və günəş vaxtı ilə sinxronlaşdırılan biokimyəvi osilator olan sirkadiyalı saatların işləməsinə kömək edərək yuxunun keyfiyyətini və kəmiyyətini yaxşılaşdıra bilər.
D vitamini orqanizmə vaxtı anlamağa kömək edir
İşıq və qaranlıq bədən saatımıza töhfə verən ən əhəmiyyətli iki amil olduğundan, gündüz vaxtı D vitamini bədənlə biokimyəvi əlaqə rolunu oynayır.
Vitamin D həm də hormon roluna malikdir
Günəş işığı D vitamininin ən əhəmiyyətli mənbəyidir. Bədənimiz günəş işığına məruz qaldıqda təbii olaraq D vitamini istehsal edir. Elmdə hormon sayılan D vitamini süd məhsulları, yağlı balıqlar, yumurta vasitəsilə də alına bilər.
Vitamin E antioksidantdır
E vitamininin antioksidant imkanları yuxu və yuxu ilə bağlı sağlamlıq problemləri ilə də əlaqələndirilə bilər. Bədənin yuxu çatışmazlığından qurtulmasına bu vitamin kömək edir.
Yuxu çatışmazlığından, yaddaş itkisindən qoruyur
Vitamin E-nin antioksidant xüsusiyyəti yaddaşın möhkəmlənməsi üçün kritik beynin sahəsi olan hipokampusun funksiyasını qoruyaraq beyni yaddaş itkisinə qarşı yuxusuzluqdan qorumağa kömək edir.
E vitamini və tənəffüs
E, C vitamini və digər antioksidantlar obstruktiv yuxu apnesi olan insanlarda nəfəsalmanın və yuxu keyfiyyətini yaxşılaşdıra bilər.
Vitamin E və testosteron
Yüksək E vitamini səviyyələri böyrəküstü vəzilərin testosteron istehsal etmək qabiliyyətini də qoruya bilər. Yuxu məhrumiyyəti isə bu hormonu azaldır.
E vitamini ilə zəngin qidalar
Yüksək vitamin E ehtiva edən qidalar qoz-fındıq, ispanaq, pomidor, qarğıdalı və brokolidir.
C vitamini və yuxu
C vitamini təkbaşına və E vitamini ilə birlikdə yuxu apnesi epizodlarını azaltmaq, yuxu keyfiyyətini yaxşılaşdırmaq və gündüz yuxululuğu azaltmaq kimi xüsusiyyətləri sübut edilmişdir.
Nubar Süleymanova, “İki sahil”