01 mart 2025 13:31
96

TƏBİB: Qarlı hava səbəbindən təcili yardıma 17 nəfər müraciət edib, 14-ü xəstəxanaya yerləşdirilib

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə əlaqədar fevralın 28-i saat 20:00 radələrindən indiyədək 17 nəfər müraciət edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Məlumata əsasən, müraciət edənlərdən 9-u qadın, 8-i kişidir. Onlardan 14 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub. Üç nəfərin isə tibbi xidmətdən imtinası qeydə alınıb.