Jurnalist Fatimə Mövlamlı barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
Xətai rayon Məhkəməsində baxılan təqdimat təmin edilib.
Qərara əsasən, Fatimə Mövlamlı barəsində 1 ay 9 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, F. Mövlamlı ötən gün “Meydan TV” işi çərcivəsində cinayət işinə görə saxlanılıb.
"Report"