03 mart 2025 13:04
112

Ötən ay DSMF-də 3 minədək vətəndaş müraciəti cavablandırılıb

Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə bu ilin fevral ayı ərzində 2 min 775 vətəndaş müraciəti cavablandırılıb.

Bu barədə "İki sahil"ə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.

Müraciətlərin 846-sı ünvanlı dövlət sosial yardımı, 674-ü pensiya təyinatı, 764-ü sosial müavinət və təqaüd, 54-ü sosial sığorta və fərdi uçot, 437-si isə digər istiqamətlər üzrə olub.