03 mart 2025 13:10
109

Azad edilmiş ərazilərdə ötən ay 428 mina, 1078 PHS aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən fevral ayında icra olunan əməliyyatlar barədə fevral ayı üzrə məlumat açıqlanıb.

ANAMA-dan "İki sahil"ə verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 305 piyada əleyhinə mina, 123 tank əleyhinə mina, 1078 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 2862,5 hektar ərazi mina və PHS-lərdən təmizlənib.