06 mart 2025 15:07
91

Azərbaycan və Suriya arasında konsulluq əməkdaşlığı müzakirə olunub

Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Elnur Şahhüseynov bu ölkənin Xarici İşlər və Mühacirlər Nazirliyi Konsulluq idarəsinin rəisi Məhəmməd Bərra Şükri ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Dəməşqdəki səfirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı iki dost ölkə arasında konsulluq sahəsində mümkün əməkdaşlıq imkanları dəyərləndirilib.