20 fevral 2017 23:20
439

“Prospex” şirkətinin uğursuz əməliyyatı

Birləşmiş Krallığın “Prospex Oil and Gas”  investisiya şirkəti Polşada qazılan  “Boleslaw-1” quyusunu  sementləyərək tərk edib.

Buna səbəb şirkətin  quyuda istədiyi nəticəni əldə edə bilməməsidir. Quyuda nəzərdə tutulan karbohidrogen təzahürlərinə rast gəlinməyib.  Quyu keçən ilin dekabr ayının 10-da qazılıb və ümumi dərinliyi 1550 metr təşkil edir. 

“İki sahil” beaufortsecurities.com  saytına istinadən xəbər verir ki, “Santonian” qumdaşlarını hədəfə alan “Boleslaw-1” quyusunun 1333m  və 1375m dərinliyində palçıq qatı aşkar olunub. Məhz bu uğursuz nəticədən sonra şirkət quyunu sementləyərək tərk edib. Quyu “Kolo” lisenziyasında yerləşir və lisenziyada “Prospex” 49%, “Hutton Energy” 30%   və  “Grand Gulf Energy Limited” 20% paya sahibdir. “Prospex” şirkətinin icraçı direktoru Bill Smith  “Boleslaw-1” quyusunun cədvəl və büdcə üzrə  təhlükəsiz şəraitdə qazılsa da, əməliyyatların uğursuzluqla nəticələndiyini  bildirib. 

Qeyd edək ki, “Boleslaw” bu böyük lisenziyada  qazılan amma  karbohidrogen aşkar olunmayan ilk quyudur.