18 sentyabr 2017 15:15
1678

Məşhurlar qırmızı xalçada ziyafət libasları ilə GÖZ QAMAŞDIRDI

Dünən Lon-Ancelesdə televiziya sahəsində yalnız Oskar" ilə müqayisə oluna biləcək “Emmi” mükafatlarının təqdimat mərasimi keçirilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Mikrosoft Teatrında keçirilən tədimatda Hollivudun kino, televiziya, musiqi və moda sahəsinin bir çox tanınmış simaları iştirak edib. Haydi Klum, Evon Reyçel Vud, Riz Uizerspun, Cesika Lenq, Nikol Kidman, Syuzan Sarandon, Sofiya Verqara, Priyanka Çopra, Kirnan Şipka və bir çox digərləri fotoqraflara poza verib.

Mərasimin qonaqları hər zaman olduğu kimi bu dəfə də qırmızı xalça çıxışlarına xüsusi hazırlıq görüb. Onlar brilyantlarının parıltısı, dəbdəbəli ziyafət libasları, qüsursuz makiyaj və saç düzümləri və Hollivud təbəssümləri ilə göz qamaşdırıblar.

Bu günə qədər ümumilikdə 38 nominasiyada “Emmi” mükafatı qazanan “Taxt-tac oyunları” serialı mövsümə gec başlaması münasibətilə namizədlər siyahısında yer almayıb.

69-cu “Emmi” mükafatlarına layiq görülən serial, aktyor və ssenari müəlliflərinin tam siyahısı belədir:

Ən yaxşı TV serialı (Dram): "The Handmaids Tala"

Ən yaxşı TV serialı (Komediya): "Veep" (HBO)

Ən yaxşı aktyor (Dram): Sterlinq K. Braun (This Is Us)

Ən yaxşı aktrisa (Dram): Elisabet Moss (The Handmaids Tala)

Ən yaxşı aktyor (Komediya): Donald Glover (Atlanta)

Ən Yaxşı aktrisa (Komediya): Culiya Louis- Dreyfus (Veep)

İkinci planda ən yaxşı aktyor (Dram): Con Lit2ou (The Crown)

İkinci planda ən yaxşı aktrisa (Dram): Ann Dowd (The Handmaids Tala)

İkindi planda ən yaxşı aktrisa (Komediya): Alek Baldvin (Saturday Night Live)

İkinci planda ən yaşı aktrisa (Komediya): Keyt Makinnon (Saturday Night Live)

Ən yaxşı qısa TV serialı: Big Little Lies (HBO)

Ən yaxşı TV Filmi: Black Mirror: San Junipero

Ən yaxşı komediya ssenaristi: Əziz Ənsari və Lena Ueytzi (Master of None)

Ən yaxşı dram ssenaristi: Brüs Miller (The Handmaids Tala)

Ən yaxşı qonaq aktrisası: Melissa Makkarti