12 mart 2025 09:02
117

İsveçrədə su tapançası alan siyasətçi cərimələnib

İsveçrədə bir siyasətçinin çəhrayı rəngli su tapançası aldığına görə cərimələnib.

İki sahil” xəbər verir ki, “Aargauer Zeitung” qəzetinin məlumatına görə, Sürixin qərbində yerləşən Buxs qəsəbəsinin yerli şurasının üzvü Mark Caisli 2024-cü ilin avqustunda sözügedən tapançaları xaç övladlarına hədiyyə etmək üçün sifariş verib.

Rəsmilər, su silahlarının "çəhrayı olmasına baxmayaraq, görünüşünə görə həqiqi silahlarla səhv salına biləcəyi" üçün ölkənin silah qanunlarını pozduğunu söyləyərək, Caislinin təxminən 7,386 dollar cərimə edilməsinə qərar verib.

Caisli qanunu pozduğundan xəbərsiz olduğunu və cəriməni ödədiyini bildirib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”