Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən XII Qlobal Bakı Forumu uğurla başa çatıb. Qlobal Bakı Forumu özünü əsas qlobal problemlərin müzakirəsi üçün əhəmiyyətli beynəlxalq platforma kimi təsdiq edib.
“İki sahil” xəbər verir ki, bunları Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”dəki səhifəsində yazıb.
“Bu münasibətlə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradova, o cümlədən bütün komandanı və könüllüləri ürəkdən təbrik edirəm. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan Mərkəz onun humanizm fəlsəfəsini təcəssüm etdirir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə gələcək fəaliyyətlərində uğurlar arzulayıram”, - H.Hacıyev qeyd edib.
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri başa çatıb
Azərbaycan-Aİ əməkdaşlığı hər iki tərəfin ortaq maraqlarını əks etdirir - BƏYANAT
Prezident İlham Əliyev və Antonio Koşta Azərbaycanın WUF13-ə ev sahibliyini əhəmiyyətli töhfə kimi alqışlayıblar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Avropa Şurasının Prezidenti Antonio Koştanın birgə mətbuat bəyanatı