Türkiyə Superliqası təmsilçisi "Alanyaspor" baş məşqçisi Sami Uğurlu ilə yollarını ayırıb.
“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
46 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib. O, ötən ilin noyabr ayında baş məşqçi vəzifəsinə təyin edilmişdi.
Qeyd edək ki, "Alanyaspor" Türkiyə çempionatında 31 xalla 14-cü sırada yer alıb.
Azərbaycan və Qırğızıstan minifutbolun inkişafı üzrə əməkdaşlığı müzakirə edib