Hollandiya hökuməti ölkə sakinlərinin smartfona həddindən artıq bağlılığını aradan götürmək üçün qeyri - adi vasitə fikirləşib. Belə ki, hökumət smartfon istifadəçilərini nəzərə alaraq səkiyə işıqfor yerləşdirib.
Hollandiya KİV - inin verdiyi məlumata görə, səkiyə yerləşdirilən işıqforlar yolu smartfondan yayınmayaraq keçən insanları sürücülərin görməsi və baş verə biləcək bədbəxt hadisənin qarşısını almaqdan ötrü həyata keçirilib.
Bu işıqforlar adi işıqforlar kimi çalışır: yaşıl işıq - start, qırmızı isə dayanma işarəsini bildirir. İşıqfor yerli “HIG Traffig system” şirkəti tərəfindən istehsal olunub və ehtimal edilir ki, bu cür işıqforlar gələcəkdə digər ölkələr üçün maraq dairəsinə çevrilə bilər. Hazırda vasitə yalnız şəhərin bir küçəsində yerləşdirilərək sınaqdan keçirilir.
Smartfonlardan istifadə velosipedçilər və piyada keçidində böyük problemə səbəb olur.
Bütün bunlara baxmayaraq işıqforlar mübahisəyə səbəb olub. Bəziləri fikirləşir ki, bu heç də yaxşı ideya deyil və bir çoxları insanlar öz telefonlarından tıxaca düşən zaman və ya hərəkətdə olduqları zaman istifadə etmələrini istəmirlər.
Təhlükəsiz hərəkət assosiasiyasının təmsilçisi Xose deYonq bildirib ki, bütün bu işıqforlar diqqətlə sınaqdan keçirilməlidir. Əmin olmaq gərəkdir ki, həqiqətənmi avtomobillər qırmızı işığın yandığını görəndə dayanırlar.