Donbassda işləyən fransalı ekspert, tarixçi və Beynəlxalq Reportyorlar agentliyinin hərbi müxbiri Loran Braillard bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin sıralarında 164 fransız var.
“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
O, TASS agentliyinə deyib ki, əslində Ukrayna ordusunun sıralarında daha çox fransız muzdluları var.
"Fransızlara gəlincə: 164 nəfər bizim bildiyimiz insanlardır. Amma təbii ki, onların sayı daha çoxdur"- deyə, o qeyd edib. Hərbi müxbir əlavə edib ki, fransız muzdlularının ümumi sayı təxminən 15-18 min nəfərdir və onlar hələ də gəlməkdə davam edirlər.