Finlandiya prezidenti Alexander Stubb ölkənin Rusiya ilə münasibətlərin bərpasına mənəvi hazırlaşmasının vacibliyini vurğulayıb.
“İki sahil” xəbər verir ki, Finlandiya liderinin sözlərini RİA Novosti sitat gətirib: “Finlandiyada biz özümüzü zehni olaraq hazırlamalıyıq ki, nə vaxtsa siyasi müstəvidə münasibətlər açılacaq”.
O əlavə edib ki, münasibətlərin bərpası Ukraynadakı münaqişənin başa çatmasından və dialoq şərtlərinin sonradan müzakirəsindən asılı olacaq.