Hindistanın neft emalı müəssisələri ABŞ prezidenti Donald Trampın Rusiya neftinin tədarüklərinə mümkün ikinci dərəcəli tariflər barədə xəbərdarlıqlarından sonra alternativ neft mənbələri axtarmağa başlayıblar.
“İki sahil” xəbər verir ki, bu barədə Bloomberg yazır.
"Dövlət şirkətləri Bharat Petroleum Corp. və Hindustan Petroleum Corp. Yaxın Şərq, Şimal dənizi və Aralıq dənizi kimi bölgələrdən əlavə təchizat axtarırlar", - deyə, məqalədə qeyd edilir.
Trampın Moskvanın atəşkəslə razılaşmayacağı təqdirdə Rusiya neftinin alıcılarına “ikinci dərəcəli tariflər” tətbiq etməyə hazır olması ilə bağlı açıqlamalarının narahatlıq doğurduğu bildirilir.
Qeyd olunur ki, ABŞ liderinin təhdidləri artıq qiymət artımına səbəb olub: WTI fyuçersləri martın 31-də 3,1% bahalaşaraq, son 11 həftənin ən böyük həftəlik sıçrayışını göstərib.