SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının IV kurs tələbəsi Murad Şərifov Azərbaycan mədəniyyətinin təbliği istiqamətində nümunəvi addım atıb.
“İki sahil” xəbər verir ki, o, Şimali Karolina Universitetində Novruz bayramına həsr olunmuş təqdimat keçirib. Beynəlxalq auditoriyaya bu qədim bayramın mənasını, ənənələrini və Azərbaycan mədəniyyətindəki rolunu izah edib.
Təqdimat zamanı tələbələrə və müəllimlərə Novruzun özünəməxsus xüsusiyyətlərindən bəhs edən Murad Şərifov, bayramın simvollarından olan paxlavanı onlara daddıraraq, Azərbaycan mətbəxinin unikal ləzzətlərindən söz açıb.
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR