SOCAR-ın Bakı Ali Neft Məktəbinin “Techno - BHOS” komandası beynəlxalq “Teens in AI IWD Azerbaijan’25” hakatonunda ll yerə layiq görülüb.
Komandanın üzvləri:
Məhin Əliyeva - İnformasiya təhlükəsizliyi ll kurs
Aytac Abdullayeva - İnformasiya təhlükəsizliyi ll kurs
Əvəz Əsgərov - Proseslərin avtomatlaşdırılması mühəndisliyi lll kurs
Vüsal Məmmədli Biznesin idarə edilməsi lll kurs
Mentoru isə İnnovasiya və tədqiqatlar mərkəzinin rəhbəri Emiliya Əhmədovadır.
NeuroVerse – tələbələrin diqqət səviyyəsini real vaxtda izləyən və EEG sensorları ilə süni intellekti birləşdirən ağıllı öyrənmə platformasıdır. Sistem beyin fəaliyyətinə əsasən dərs formatını (interaktiv kontent, video, audio) avtomatik dəyişir, beləliklə diqqəti artırır. Müəllimlər üçün isə fərdi yanaşma imkanı yaradan canlı performans hesabatları təqdim edir.
Bu layihə BMT-nin SDG 4: Keyfiyyətli Təhsil məqsədini dəstəkləyərək süni intellektin sosial faydalarına töhfə verməyi hədəfləyir.
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR