Bura şəhər mərkəzindən 10.6 km məsafədə yerləşir. Kənd Ballıca çayının sol sahilində, Qarabağ silsiləsinin ətəyindədir. Adını ərazidəki eyniadlı çaydan alıb. Söhbət Xocalı rayonunun Ballıca kəndindən gedir. Həmin o kənd ki, 1988-ci ildən etibarən baş verən erməni vandalizminin şahididir...
“İki sahil” xəbər verir ki, bu gün Ballıcada həyat canlanır. Xocalı şəhidlərinin ruhu şaddır. 2023-cü ilin sentyabr ayında həyata keçirilən lokal xarakterli antiterror əməliyyatları nəticəsində Ballıca kəndi düşmən tapdağından azad olundu.
İşğaldan azad olunan bir çox ərazilərdə olduğu kimi Xocalı rayonunun Ballıca kəndində də qaz təchizatının bərpası istiqamətində bir sıra işlər görülüb. Belə ki, 130 fərdi yaşayış evi təbii qazla təchiz olunub, hal-hazırda 112 abonent fasiləsiz, dayanıqlı və keyfiyyətli şəkildə mavi yanacaqdan istifadə edir. Bundan əlavə, Xocalı rayonunun Ballıca kənd tam orta məktəbinin qazanxanası da təbii qazla təmin olunub.
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR