Somali Həmkarlar İttifaqları Konqresinin (SOCOTU) və Somali Bələdiyyə İşçiləri Birliyinin (SOMWU) prezidenti cənab Mohamed Osman Hacı Əli və SOCOTU-nun icraçı vitse-prezidenti xanım Hamdi Abdul Kadir Osman SOCAR-ın Bakı Ali Neft Məktəbində olublar.
“İki sahil” xəbər verir ki, BANM-in rektoru Elmar Qasımovla keçirilən görüşdə Somalinin ali təhsil müəssisələri ilə akademik əməkdaşlığın qurulması imkanları müzakirə edilib.
BANM rektoru qeyd edib ki, ötən il “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”na layiq görülən Somali vətəndaşı BANM-da “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasında təhsil alır.
BANM 2025/2026-cı tədris ilində və gələcək illərdə Somalidən daha çox beynəlxalq tələbə cəlb etməyi və onlara mühəndislik, İT və biznes sahələrində bilik və təcrübə qazandırmağı hədəfləyir.
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR