SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi və İnformasiya təhlükəsizliyi ixtisasları üzrə bakalavr tələbələrinin istehsalat təcrübəsi keçirəcəyi müəssisələr müəyyənləşdirilib.
BANM-dən "İki sahil"ə bildirilib ki, təcrübə proqramları tələbələrə nəzəri biliklərini praktikada tətbiq etməyə, peşə bacarıqlarını inkişaf etdirməyə və müasir sənaye texnologiyaları ilə tanış olmağa imkan yaradacaq. Eləcə də tələbələrin peşəkar mühitdə əməkdaşlıq etmələrini və gələcək karyeralarına doğru irəliləmələrini dəstəkləyir. Bu təcrübə uğurlu mühəndislər və mütəxəssislər yetişdirmək məqsədini daşıyır.
İnformasiya təhlükəsizliyi ixtisası üzrə təcrübə keçiriləcək müəssisələr:
∙ Socar Gənc İstedadlar Proqramı
∙ “MPAY” QSC
∙ “Yelo Bank” ASC
∙ “Hypertech” MMC
∙ “Caspian İnnovation Center”
∙ “R.İ.S.K elmi-istehsalat Şirkəti” QSC
∙ “Kapital Bank” ASC
∙ “Azerbaijan Cybersecurity Center”
∙ “DRL” MMC
∙ İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
∙ “AzInTelecom” MMC
∙ “ABB” Bank ASC
∙ “Cybernetics” MMC
Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təcrübə keçiriləcək müəssisələr:
∙ SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnstitutu
∙ “Bank Respublika” ASC
∙ “VABISS” MMC
∙ “NSPSolutions” MMC
∙ “Paşa Sığorta” ASC
∙ “Simple Co.” MMC
∙ “ATENAU” Ltd.
∙ “Prodata” MMC
∙ “Salyan Oil LTD”
∙ “GPS Solutions” MMC
∙ “Clopos” MMC
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR