Naida Pirverdiyeva 2022-ci il BANM MBA məzunudur. Son iki ildir ki, Səudiyyə Ərəbistanında və beynəlxalq arenada idarəetmə sahəsində müxtəlif vəzifələrdə fəaliyyət göstərir. O, məkan əməliyyatları üzrə menecer, işçi qüvvəsi üzrə menecer, qonaqlarla əlaqələr üzrə menecer və təlimçi kimi müxtəlif rollarda işləyib.
Eləcə də Özbəkistan, Türkiyə və Moskvada keçirilən "Gənclərlə iş və könüllülük proqramlarının qurulması" mövzusunda beynəlxalq forumlarda gənc ekspert kimi iştirak edib. 44 günlük Vətən Müharibəsi dövründə isə Azərbaycan Könüllü Təşkilatları İttifaqında Layihələr üzrə Menecer vəzifəsini icra edib və informasiya müharibəsində fəal iştirak edib.
O, həmçinin irimiqyaslı layihələrdə də aktiv rol alıb. Bu layihələrə "Bakı-2015" ilk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və Formula 1 Azərbaycan Qran-Prisi daxildir.
Fəaliyyət sahələri isə təlimçilik, gənclərlə iş və sosial layihələrdir. Naida Pirverdiyeva, həmçinin, gənclərin inkişafına və sosial məsələlərə göstərdiyi böyük maraqla seçilir.
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR