Bu ilin I rübündə Azərbaycanda vergi daxilolmalarının 3 milyard 226,4 milyon manatı və yaxud 73,7 %-i qeyri-neft-qaz sektorunun payına düşüb.
"İki sahil" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 % çoxdur.
Xatırladaq ki, yanvar-mart aylarında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 4 milyard 380,6 milyon manat təşkil edib. Bu, 1 il əvvələ nisbətən 2,3 % çoxdur.
Bu il qurum büdcəyə 15,5 milyard manat vəsait köçürməlidir. Beləliklə, rüb ərzində həmin məbləğin 28,3 %-i təmin olunub.